-
- 23-12-2022, 13:25
- 493
Unutqanlıq və saç tökülməsi yaşayanların NƏZƏRİNƏ
Gündəlik həyatımızda həll olunmaz problemə çevrilən unutqanlıq və saç tökülməsi vitamin çatışmazlığından qaynaqlandığı deyilir. B12, D, C kimi bir çox vitamin çatışmazlığının müxtəlif sağlamlıq problemlərinə səbəb olduğu bilinir. Ancaq bu vitaminlər arasında olan maqnezium çatışmazlığı da diqqət yetirilməli problemlər arasındadır. Saç tökülməsi və unutqanlıq yaşayan insanlar üçün vitaminlərin yoxlanılması və maqnezium çatışmazlığı olub-olmaması xüsusilə vacibdir.
Yaşından asılı olmayaraq hər kəsdə baş verə bilən maqnezium çatışmazlığı fərqli əlamətlərlə özünü büruzə verir. Maqnezium çatışmazlığının səbəbi balanslı qidalanmamaqdan da ola bilər. Çünki orqanizm maqneziumu qida ilə qəbul edir. Tərkibində maqnezium olan qidalar adekvat və balanslı qidalanma ilə istehlak edilməzsə, orqanizmdə maqnezium nisbəti azala bilər. Bir çox fərqli qidada olan maqnezium hamiləlik dövründə və sıx stresli dövrlərdə də azala bilər. Çünki hamiləlik və stress vəziyyətlərində insanın maqneziuma lazım olduğundan daha çox ehtiyacı olur. Bundan əlavə, yaş artdıqca maqneziuma ehtiyac da artır, çünki mədə və bağırsaqlar köhnə funksiyalarını tam yerinə yetirə bilmir. Belə hallarda insan müntəzəm olaraq maqnezium preparatları qəbul edilməlidir.
Bədəndə maqnezium çatışmazlığı bəzi simptomlarla özünü büruzə verir. Maqnezium çatışmazlığı ən çox saç tökülməsi, diqqət dağınıqlığı, unutqanlıq, çaşqınlıq, davamlı yorğunluq, ürəkbulanma və iştahsızlıq, ürək çırpıntıları, əzginlik, baş və bədən ağrıları kimi əlamətlərlə özünü göstərir. Maqnezium çatışmazlığı aşkar edildikdə, bu, asanlıqla müalicə olunan bir vəziyyətdir.
Tərəvəzlər, qoz-fındıq, paxlalı bitkilər, balıq kimi təbii qidalarla da maqnezium çatışmazlığı bərpa oluna bilər.
Qumral Əliyeva