Mehriban Əliyeva Aprel Döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar yazdı - FOTO
    • 2-04-2019, 21:47
    • 954

Mehriban Əliyeva Aprel Döyüşlərinin 3-cü ildönümü ilə əlaqədar yazdı - FOTO

"Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir". 

News24.az məlumat verir ki, bu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instagram hesabında Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə paylaşılan postda qeyd edilib:
"Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".