Biz tariximizi orijinal dildən oxuya bilmirik - Deputat
    • 14-11-2023, 11:38
    • 160

Biz tariximizi orijinal dildən oxuya bilmirik - Deputat

İlk dəfə Azərbaycanın hər qarışı üçün xərclənəcək maliyyənin müzakirəsini həyata keçiririk. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Hikmət Məmmədov deyib.

Millət vəkili bildirib ki, ötən illə müqayisədə müdafiə xərclərimiz artıb

Ermənistan kaputilasiya aktına imza atsa da, yenə də silahlanmağa davam edir. Bu baxımdan da müdafiə xərclərimizin artırılması müsbət haldırş Lakin müdafiə xərcləri ilə bağlı dediklərimi sosial xərclərlə bağlı deyə bilmərəm. Çünki ictimai rəydə belə bir fikir var ki, heç bir vətəndaş işləməməli, ancaq dövlət hər kəsə pul verməlidir. Biz iş yerləri açmaqla bu fikirləri dağıda bilərik. Dövlətdən sosial yardəm umanları azaltmaqla büdcəyə qənaət edə bilərik və beləliklə, sosial xərcləri azalda bilərik. Daha bir təklifim kredit faizləri ilə bağlıdır. Düşünürəm ki, Bakıdan uzaqlaşdıqca kredit faizləri azaldılsın. Rayonlarda iqtisadi inkişaf üçün zəmin yaradaq və bir dəfəyə bir neçə problemi həll edək.

H.Məmmədovun sözlərinə görə, Qərbi Azərbaycana qayıdış məsələsinin aktuallaşması tariximizin düzgün öyrənilməsi məsələsini gündəmə gətirir

"Biz tariximizi orjinal dildən oxuya bilmirik. Çünki bunun üçün mütəxəssisimiz yoxdur. Büdcədən elmin və təhsilin inkişafına pul ayrılır. Bəs hesabatlılıq varmı. Bu qədər xərc ayrılmasına baxmayaraq niyə tariximizi orjinal dildən oxuyan mütəxəssislər yetişdirmirik. Nəyə görə bizdə qədim abidələrin üzərində oln yazıları oxuyan mütəxəsssi yoxdur. Bəs təhsilə, elmə ayrılan maliyyə hara xərclənir. İndi dil bilmək savadlılıq göstəriciinə çevirilib. Dili öyrənib proqramlarla imtahan verib xaricdə təhsil alırsız, gəlib ölkədə çalışırsınız. Ancaq ölkənin mədəniyyətini, tarixini, insanlarla ünsiyyəti bilmirsiniz. Bizdə sadəcə dil bilənlərdən ibarət aristokratiya yarada bilərikmi. Yox!".

Qumral