2024-cü ilin dövlət büdcəsi rekord göstəricidə OLACAQ
    • 13-11-2023, 11:13
    • 292

2024-cü ilin dövlət büdcəsi rekord göstəricidə OLACAQ

2024-cü ilin dövlət büdcəsi rekord göstəricidə olacaq. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı spiker Sahibə Qafqarova deyib.

O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi cari illə müqayisədə 1 milyard 35 milyon miqdarında nəzərdə tutulub. 7 faiz artım olması nəzərdə tutulur.

2024-cü ilin dövlət büdcəsi tərtib edilərkən müasir dövrün çağırışları nəzərə alınıb. Bu ilin büdcəsi sosial yönümlü olacaq. İşğaldan azad edillən ərazilərin yenidən qurulması, Müdafiə sənayesi, sahibkarlığın inkişafı, nəqliyyat, energetika, ərzaq təhlükəsizliyi diqqət mərkəzində olacaq.

Qeyd edək ki, iclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib.

Qumral