-
- 14-11-2023, 12:28
- 201
Ödənişli yolun qiyməti dəyişəcək? - AÇIQLAMA
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tarifləri böyükdür.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
"Bu ay bir neçə dəfə həmin yoldan istifadə etmişəm. Xaçmaza qədər 10 manat ödəniş edilməlidir. Yoldan istifadə edərkən müşahidə etdim ki, həmin yoldan daha çox beynəlxalq daşımaları həyata keçirən maşınlar istifadə edir. Yaxşı olardı ki, məbləğə yenidən baxılsın", - deyə millət vəkili qeyd edib.
Qumral