-
- 14-11-2023, 13:01
- 196
Universitetlər şəhərdən kənara köçürülür?
Şəhərin mərkəzi hissəsində yerləşən universitetlər şəhərdən kənara köçürülsün.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Vüqar İskəndərov təklif edib.
O bildirib ki, paytaxtda tıxacın əsas səbəbkarı ali təhsil müəssisələrinin şəhərin mərkəzində yerləşməsidir.
"Gələn ilin büdcəsində hissə-hissə universitetlərin şəhərdən kənara kömürülməsi müzakirə edilə bilər. Bu şəhərin tıxac yükün azalmasına səbəb olar".-, -deyə millət vəkili fikirlərini belə yekunlaşdırıb.
Qumral