-
- 14-11-2023, 21:32
- 341
Akopyan erməniləri dəvəquşu ilə müqayisə etdi
Ermənistan sakinləri arasında dərin ümumi ümidsizlik və laqeydlik hökm sürür.
News24.az xəbər verir ki, bunu siyasi texnoloq Vigen Akopyan bildirib.
“Bu, o deməkdir ki, insanlar reallıqdan uzaqlaşmağa çalışırlar. Söhbət həm də psixoloji problemlə bağlıdır”.
Onun sözlərinə görə, apatiya klinik depressiyanın əlamətlərindən biridir.
“Cəmiyyət dərin depressiyaya düşəndə müdafiə reaksiyası yaranır. Bu reaksiyalardan biri də insanların reallıqdan uzaqlaşmağa çalışdığı dəvəquşu mövqeyidir”, - Akopyan bildirib.
Aynurə