Sürücülərin NƏZƏRİNƏ: Yollarda görmə məsafəsi məhdudlaşacaq
    • 14-11-2023, 20:20
    • 137

Sürücülərin NƏZƏRİNƏ: Yollarda görmə məsafəsi məhdudlaşacaq

Magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi məhdudlaşacaq.

News24.az xəbər verir ki, bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, noyabrın 15-də gecə və səhər ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.