-
- 14-11-2023, 18:01
- 271
Daha bir ölkə Rusiya ilə sərhədi BAĞLAYIR
Finlandiya Rusiya ilə sərhəddə nəqliyyatın hərəkətini məhdudlaşdıracaq.
News24.az xəbər verir ki, bu barədə Finlandiyanın Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantane məlumat verib.
Rantanenin sözlərinə görə, keçid məntəqəsinin işinin məhdudlaşdırılmasına səbəb Somali , Yəmən , Suriya və digər ölkələrdən qaçqınların nəzarətsiz axını olub: "Onların hamısının Rusiyadan Finlandiya keçdiyini düşünürük. Təkcə ötən həftə 71 nəfər ölkəyə girməyə cəhd edib".
Daxili İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Finlandiya artıq Rusiya ilə bu məsələni danışıqlar yolu ilə həll etməyə çalışıb, lakin bu, istənilən nəticəni verməyib.
Qeyd edək ki, mövcud qanunvericiliyin imkan verməməsi səbəbindən Finlandiya DİN hansı sərhəd-keçid məntəqələrinin bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təklif hazırlayır.
Qumral