Şahramanyanın ŞOK MƏKTUBU YAYILDI
    • 14-11-2023, 18:25
    • 518

Şahramanyanın ŞOK MƏKTUBU YAYILDI

Hazırda Ermənistanda olan özünü buraxan qondarma rejimin keçmiş “rəhbər”i Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub göndərib.

News24.az “Aysor.am”a istinadla xəbər verir ki, məktub prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərilib.

Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.

"Məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır”,- məktubda qeyd edilib. 

Xatırladaq ki, ötən gün İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. 

Şahramanyanın komissiyaya ifadə vermək üçün gedib-getməyəcəyi hələlik məlum deyil. 

 Ayşən