Bakıda mədəniyyət evi yandı
    • 3-04-2019, 10:40
    • 829

Bakıda mədəniyyət evi yandı

Bakıda Mədəniyyət Nazirliyinə məxsus mədəniyyət evinin binasında yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olub. Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 m2 olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2  sahədə, digər otağın və dəhlizin tavanı 20 m2 sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.