İsrail əsgərləri xəstəxanada həkimlərə atəş açdı
    • 15-11-2023, 11:33
    • 163

İsrail əsgərləri xəstəxanada həkimlərə atəş açdı

İsrail silahlı qüvvələri Qəzza zolağında Əl-Şifa xəstəxanasının həkimlərini atəşə tutub. 

News24.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, İDF əsgərləri əvvəlcə bütün tibb işçilərinə binanı tərk etməyi əmr edib. Onlara təhlükəsiz dəhliz düzəltdilər ki, oradan sağ-salamat çıxsınlar. Lakin sonra həkimlərə qəfildən atəş açıblar.

Əl-Şifa xəstəxanasının əməkdaşlarının atəşə tutulması faktı anklavdakı bütün tibb müəssisələrinin baş direktoru tərəfindən təsdiqlənib.

Aynurə