-
- 3-04-2019, 11:25
- 760
Bakıda marketin damını söküb seyf oğurladılar - FOTO - VİDEO
Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, mağaza sahibi Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə müraciət edərək marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.
Məlumat daxil olan kimi polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanılıblar.
Qrupun digər üzvü paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində cəza çəkir.
Araşdırma zamanı müəyyən olunub ki, marketə E.Alıyev dam hissədən daxil olaraq seyfi ələ keçirib. Daha sonra o, digər dəstə üzvləri ilə birgə seyfi sındırıb və əldə etdikləri pulu aralarında bölüblər.
Pulu ələ keçirəndən sonra saxlanılan şəxslər izi itirmək məqsədi ilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Polis əməkdaşları tərəfində həmin seyf atıldığı yerdən tapılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.