Məktəbli qız boğaz spreyinin başlığını UDDU
    • 16-11-2023, 23:30
    • 256

Məktəbli qız boğaz spreyinin başlığını UDDU

Tümen vilayətində uşaq təsadüfən sprey başlığını udub. 

News24.az xəbər verir ki, bu barədə 4 saylı Rayon Xəstəxanasının Telegram kanalında məlumat verilib.

 Müayinə zamanı 11 yaşlı məktəblinin mədəsində yad cisim aşkarlanıb. Həkimlər uşağa qastroskopiya və endoskopiya apararaq, ilişmiş obyektin dəqiq harada yerləşdiyini öyrənib və mədə-bağırsaq traktının vəziyyətini qiymətləndiriblər.

Hazırda uşağın vəziyyətinin normal olduğu bildirilib.

Aynurə