Məşhur alimi maşınla vurub öldürən vəzifəli şəxs imiş - FOTO
    • 16-11-2023, 12:55
    • 412

Məşhur alimi maşınla vurub öldürən vəzifəli şəxs imiş - FOTO

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı Bakı ŞBPİ-nin DYP İdarəsindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.