-
- 16-11-2023, 17:44
- 268
HƏMAS-la İsrail razılaşdı: Qəzzada 300-ə yaxın vətəndaşı...
HƏMAS ən azı 50 məhbusu azad etməyə hazır olduğunu bildirərək İsraillə ilkin razılığa gəlib. Hazırda razılaşma İsrail tərəfindən nəzərdən keçirilir.
News24.az bu barədə “The Washington Post” ərəb diplomata istinadla məlumat yayıb.
“HƏMAS sazişə prinsipcə ilkin razılıq verib və indi İsrail təklifi nəzərdən keçirir. Bu, HƏMAS-ın Qəzza zolağında əsir saxladığı 240-a yaxın əcnəbinin və ən azı 50 İsrail vətəndaşının qadın və uşağının azad edilməsini nəzərdə tutur”, - nəşr yazır.
Girovların azad edilməsi müqabilində HƏMAS İsraildən hərbi əməliyyatları 3-5 gün müddətinə dayandırmağı, Qəzza zolağına humanitar yardımı artırmağı, münaqişə zamanı İsrail həbsxanalarında olan çoxlu sayda qadın və uşaqları azad etməyi tələb edir.
Ayşən