Netanyahu açıqladı:
    • 17-11-2023, 10:34
    • 225

Netanyahu açıqladı: "bu şərtlə atəşkəs olacaq"

"Əgər girovlarımızı geri ala bilsək, müvəqqəti atəşkəs əldə edəcəyik”.

News24.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Quru əməliyyatına başlamazdan əvvəlki dövrlə müqayisədə indi (müvəqqəti atəşkəsə) daha yaxınıq. Quru əməliyyatı HƏMAS-a atəşkəsə nail olmaq üçün təzyiq göstərir. 

Netanyahu İsrailin əsas hədəflərindən birinin girov götürülən 240-a yaxın şəxsin qaytarılmasını və Qəzzada bir daha terror təhlükəsinin olmamasını təmin etmək, eləcə də HƏMAS-ı məhv etmək olduğunu və bundan sonra Qəzzanın fərqli gələcəyinin olacağını vurğulayıb.

Ayşən