"iPhone 16" da hansı yeniliklər olacaq?
    • 17-11-2023, 16:09
    • 241

"iPhone 16" da hansı yeniliklər olacaq?

Gələn il satışa çıxarılacaq iPhone 16 seriyası ilə bağlı bəzi detallar məlum olub.

News24.az xəbər verir ki, "Apple" seriyada ediləcək dəyişikliklər üzərində işləyir. 

Belə ki, “Apple” həddindən artıq qızma problemini həll etmək üçün yeni smartfonda qrafen soyutma sistemindən istifadə etməyi planlaşdırır. "Apple" hazırda iPhone 16 smartfonları üçün istifadə olunacaq qrafen soyutma sistemi üzərində işləyir. Bundan əlavə, iPhone 16 Pro və Pro Max modellərində istilik səviyyəsini azaltmaq üçün əlavə olaraq metal akkumulyatorlardan istifadə etməyi planlaşdırır. 

Xatırladaq ki, "Apple" bir neçə il əvvəl "Apple Watch Series 7" batareyasını qara folqadan metala dəyişib.