Azərbaycanda uşaq anasından qaynar xəttə ŞİKAYƏT ETDİ
    • 17-11-2023, 17:04
    • 368

Azərbaycanda uşaq anasından qaynar xəttə ŞİKAYƏT ETDİ

Anasının bişirdiyi yeməyi yemək istəməyən uşaq "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə zəng edib.

News24.az report-a istinadən xəbər verir ki, bu barədə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş "Uşaq hüquqları tribunası" mövzusunda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ağır zorakılıq halları ilə yanaşı, kiçik uşaqların da maraqlı müraciətləri olur:

"Hətta riyaziyyat məsələsinin həlli üçün xidmətdən kömək istəyən uşaq da olub. Eyni zamanda 4, 5 və 6 yaşlı uşaqlar belə müraciət edirlər. Deyirlər ki, anam hansısa yeməyi mənim üçün hazırlayıb, amma mən onu yemək istəmirəm və s. bu kimi maraqlı müraciətlər də olur".