-
- 3-04-2019, 19:54
- 1 123
"Vətən bizə əmanətdir" bədii kompozisiyası təqdim olunub - FOTO
Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub. News24.az-ın məlumatına görə, Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsinə həsr olunan tədbirdə Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə və digər qonaqlar iştirak ediblər.
Öncə aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclunun təşəbbüsü ilə başlanan “Şəhidimiz” kompaniyası çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Daha sonra tədbirdə çıxış edən qonaqlar ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu, hörmət və ehtiramla yad edildiyini vurğulayıblar. Həmçinin, təşkil olunan bu cür tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, xalqımızın birlik və vəhdətinin təcəssüm etdirilməsi istiqamətində əhəmiyyəti qeyd edilib.
İştirakçıların çıxışlarından sonra aprel şəhidlərinin ailə üzvlərinin xatirələrinin əks olunduğu videolar təqdim olunub.
Tədbir tanınmış incəsənət xadimlərinin ifasında "Vətən bizə əmanətdir" bədii kompozisiyası ilə davam etdirilib.
Tədbirin sonunda isə şəhid ailələrinin üzvlərinə "Azərmarka" MMC tərəfindən şəhidlərimizin adına hazırlanmış markalar təqdim olunub.