Ülvi Mehdiyev: "Aprel döyüşü Qarabağ üçün dönüş yaratmış bir zəfərdir"
    • 3-04-2019, 18:22
    • 865

Ülvi Mehdiyev: "Aprel döyüşü Qarabağ üçün dönüş yaratmış bir zəfərdir"

Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

News24.a
z xəbər verir ki, tədbirdə iştirak edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tədbiröncəsi jurnalistlərlə söhbət edib:
"Aprel döyüşünün zəfəri Azərbaycan səviyyəsində qeyd olunur. Çünki bu, son illər ərzində Qarabağ üçün dönüş yaratmış bir zəfərdir. Bu zəfər nəticəsində nəyinki ərazimizin müəyyən hissəsi işğaldan azad oldu, bütövlükdə həm Azərbaycana, həm də bütün beynəlxalq aləmə bu işğalla barışmayacağımızı, bu işğalı qəbul etməyəcəyimizi və lazım olan anda danışıqlar nəticə verməsə, biz öz hərbi gücümüzlə torpalarımızı işğaldan azad edəcəyimizə hazır olduğumuzu sübut etmiş olduq"!

Daha sonra Ü. Mehdiyev bunları vurğulayıb:
"Aprel döyüşlərində 10-a yaxın qazi, yaralanıb. Onlar "ASAN" Xidmətdə çalışırlar. Bundan əlavə, şəhidlərimizin yaxın qohumları var ki, onlar da "ASAN" Xidmətdə işlə təmin olunublar. Ümumiyyətlə, dövlətin şəhid ailələrinə, qazilərə, hərbiçilərə dəstəyi göz qarşısındadır. Biz bunu hər zaman izləyirik. "ASAN" Xidmətin də kiçik bir töhfəsidir ki, imkan daxilində şəhid ailələrinin üzvlərinin və hərbi qazilərin işlə təmin olunmalarına üstünlük verilir".

Sevinc YASİNQIZI