"Ermənistan müdafiə nazirliyinin məlumatı  yalandır"
    • 18-11-2023, 16:27
    • 192

"Ermənistan müdafiə nazirliyinin məlumatı yalandır"

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə News24.az-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda vurğulanıb.