SON DƏQİQƏ!!! Anar sürücülərə və katibələrə ev verib?
    • 18-11-2023, 18:42
    • 933

SON DƏQİQƏ!!! Anar sürücülərə və katibələrə ev verib?

Bir neçə gündür ki, mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir.

News24.az xəbər verir ki, Bakupost.az məsələ ilə bağlı araşdırma aparıb.

Siyahıda kimlərin adı olması ilə bağlı öncə AYB-nın mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxlanılaraq ondan sosial şəbəkələrdə yayılan siyahının doğru olub-olmadığını soruşub.

Xəyal Rza binanın AYB-yə məxsus olmadığını, sosial şəbəkələrdə yayılan siyahının isə reallığı əks etdirmədiyini bildirib:

"Bina bizim deyil. Hələlik tikinti tam başa çatmayıb. Sosial şəbəkələrdə yayılan siyahı isə düzgün deyil".

Bakupost.az-ın əldə etdiyi məlumata görə, yazıçılar arasında qalmaqala səbəb olan bina AYB-yə məxsus torpaq sahəsində tikilir. Xətai metrosu yaxınlığında tikilən 12 mərtəbəli binada 200-ə yaxın mənzil var. Həmin mənzillərdən 30-nun AYB-yə ayrıldığı bildirilir.

Məlumata görə, AYB həmin mənzillərdən 21-nı öz üzvlərinə vermək barədə qərar qəbul edib. Qeyd olunur ki, mənzillər təmirsizdir.

"AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. Onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir", - deyə mənbəmız bildirib.

Maraqlı nüanslardan biri də odur ki, ev alanlar arasıda AYB sədri Anarın sürücüsü, bəzi katiblərin isə katibələri də var.

Beləliklə, siyahını təqdim edirik:

1. Əli - Təsərrüfat şöbəsinin müdiri

2. Elmar - Təsərrüfaüt şöbəsinin işçisi

3. Anarın sürücüsü

4. Elxan Zal - evi var

5. Ülviyyə Heydərova - jurnalist

6. Arifə Əliyeva - Kadrlar şöbəsinin müdiri, AYB-dən ücüncü evi alıb.

7. Məlahət Qənbərova

8. Rauf Aslanov - Anarın müşaviri

9. Şəmsiyyə Camalova - İlqar Fəhminin katibəsi, evi var

10. Aləmzar Sadıqqızı - ilk dəfə alıb

11. Narıngül Nadir - evi var.

12. Şəfəq Sahibli - evi var.

13. Südabə Ağabalayevə - "Azərbaycan" jurnalının baş redaktoru

14. Elçin Hüseybəyli - evi var

15. Firuz Mustafa - evi var

16. Vaqif Əlixanlı - evi var

17. Dəynaət Osmanlı - AYB-dən aldığı ikinci ev

18. Xanəmir - evi var

19. Ulucay Akif - evi var

20. Güləmayıl Murad- evi var

21. Gülxani Pənah - evi var.