ABŞ Rusiyanın bu raketindən qorxur - Hərbi ekspert
    • 8-11-2023, 11:30
    • 166

ABŞ Rusiyanın bu raketindən qorxur - Hərbi ekspert

“ABŞ Rusiyanın “Bulava” raketindən qorxur”. 

News24.az xəbər verir ki, bunu Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının müdiri, hərbi ekspert Andrey Koşkin “İzvestiya” qəzetinə müsahibəsində deyib.

O, D-30 kompleksinin “Bulava” raketlərinin “Project 955 Borei” nüvə sualtı gəmiləri tərəfindən daşındığını vurğulayıb.

“Bu, nüvə üçlüyünün çox mühüm aktividir” deyən Koşkin ABŞ-nin bu silahlardan ciddi şəkildə ehtiyat etdiyinə diqqət çəkib.

Ekspertin fikrincə, “Bulava” ABŞ üçün çəkindirici vasitədir. Bu raket, Koşkinin sözlərinə görə, “Rusiyanı nədəsə ittiham etmək istəyənlər arasında çaxnaşma yaradır”.

Keçən həftənin sonunda yeni strateji nüvə enerjili raket sualtı gəmisi “İmperator III Aleksandr” “Bulava” qitələrarası ballistik raketini sınaqdan keçirib. Oktyabr ayında Rusiya Silahlı Qüvvələri strateji nüvə qarşısının alınması təlimi çərçivəsində iki ballistik raket buraxıb.

Akqabay