-
- 19-02-2023, 12:02
- 337
Yaponiya və ABŞ birgə hərbi təlim keçirə bilər
Fevralın 18-də Şimali Koreyanın qitələrarası ballistik raket sınağına cavab olaraq Yaponiya və ABŞ döyüş təyyarələrinin iştirakı ilə birgə hərbi təlim keçirmək imkanlarını nəzərdən keçirir.
News24.az xəbər verir ki, bu barədə bu gün Yaponiyanın “Fuji TV” telekanalı məlumat yayıb.
Şimali Koreyanın “Xvason-15” ballistik raketi 5 768,5 km yüksəkliyə qalxaraq 989 km uçub və Yapon dənizindəki şərti hədəfi dəqiqliklə vurub. Uçuş müddəti 4 015 saniyə olub.

Yaponiya raketin Xokkaydo adasından 200 km şərqdə ölkənin müstəsna iqtisadi zonasına düşdüyünü açıqlayıb. Yaponiya hökuməti hesab edir ki, Şimali Koreyanın buraxdığı raketin mənzili 14 min km-i aşır və ABŞ ərazisinə çata bilər. /APA/