-
- 19-11-2023, 21:27
- 439
DƏHŞƏT! Ata bıçağı azyaşlı uşaqlarının ürəyinə SANCDI
Udmurtiyada 29 yaşlı ata həyat yoldaşından boşandığı üçün yeddi yaşlı oğlu və üç yaşlı qızını öldürüb.
News24.az lent.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, noyabrın 18-də səhər saatlarında təqsirləndirilən şəxs boşanma prosesinə görə həyat yoldaşına qarşı düşmənçilik zəminində bıçağı balaca uşaqlarının ürəyinə sancıb. Onlar sağ qalmayıblar.
Daniil S. daha sonra qaçsa da, meşədə yaxalanıb.