Türkiyədə azərbaycanlı vəfat etdi - VİDEO
    • 19-11-2023, 21:38
    • 382

Türkiyədə azərbaycanlı vəfat etdi - VİDEO

Türkiyədə baş verən qəzada TIR aşıb.

News24.az xəbər verir ki, Ərzurumun Tortum rayonunda noxud dolu yük maşınının aşması nəticəsində sürücü həlak olub.

Belə ki, Azərbaycan vətəndaşı 37 yaşlı V.N.-nin idarə etdiyi 35 ZA 114 nömrəli yük maşını Oltu-Törtüm avtomobil yolunun Aksu rayonu ərazisində idarəetməni itirərək aşıb.

Sürücü ilkin tibbi yardım göstərildikdən sonra Tortum Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.