Bu ölkədə kartofa abidə ucaldıldı - FOTO
    • 20-11-2023, 00:19
    • 256

Bu ölkədə kartofa abidə ucaldıldı - FOTO

Belarusun Bobruysk vilayətində kartofa abidə ucaldılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə noyabrın 19-da "Trybuna Praca" məlumat yayıb.

Nəşrin məlumatına görə, tədbir Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Gününə təsadüf edib.

Bolşye Bortnikidəki kartof anbarının yaxınlığında kartof səbətini təmsil edən kiçik memarlıq formalı bürünc heykəl peyda oolub. Abidə hər bir belarusun süfrəsinin əsas tərəvəzini - kartofu təmsil edir.

Bu, ölkədə kartofa həsr olunmuş ilk abidə deyil. 2021-ci ildə Belarusun Uzdenski rayonunda da heykəl quraşdırılıb və bu, sonradan internetdə qarışıq reaksiyaya səbəb olub.