-
- 4-04-2019, 16:07
- 1 172
“Kazbekə şey basımı” oxuyan qızların cəzasızlığı... - KÖŞƏ
Bir neçə gün idi ki, ölkə ictimaiyyətini silkələyən “Kazbekə şey basım” meyxanası və bununla bağlı paylaşılan video-rolikdə meyxananı ifa edən qızlar böyük müzakirə mövzusuna çevrildi. Sosial şəbəkələrdə demək olar ki, hər kəs mövzu ətrafında ekspert kimi çıxış edir, narkotikin təbliği ilə bərabər, qızların əxlaqi dəyərlərimizə zidd olan hərəkətlərini tənqid atəşinə tutdular. Dünən isə həmin meyxananın ifaçısı Vüqar Abdullayevin həbs olunma xəbəri yayıldı.
Xəbər paylaşılır-paylaşılmaz mövzu sanki yox oldu. Sanki biri öldü, basdırıldı və “torpağın üzü sərindi” deyib, unuduldu.
Ümumiyyətlə, bizdə qəribə tendensiya formalaşıb - hər kəs bütün problemlərin inzibati qaydada həll olunmasını və ya yüksək instansiyaların məsələyə müdaxiləsini gözləyir. Ya da kənardan “boynu vurulsun əmri”ni gözləyirlər. Problem yalnız meyxanaçının oxuduğu “şeir”də idimi? Bəs ona dəstək olan kütlənin necə, təqsiri yoxdurmu? Bəs, həmin videoya çəkilən “milli” qızlarımızı kim mühakimə edəcək?
Qızlarımızın bu rolikdəki mənzərəsi hələ də ağlımdan çıxmır. Elə hey düşünürəm ki, biz nə zamandan bu hala düşdük. Bədənlərinin müxtəlif yerlərini göstərərək “Kazbekə şey basım, hallanım” deyən “məxluq”ları bir anlıq ana kimi təsəvvür edirsinizmi? Həmin analardan dünyaya gələn uşaqları, onların verəcəyi tərbiyəni düşünəndə gələcəyəmizlə bağlı “qaranlıq” suallar ortaya çıxır...
Bəzən cəmiyyət arasında sual olunur ki, nəyə görə indi Üzeyir Hacıbəyovlar, Cəlil Məmmədquluzadələr, Əhməd Cavadlar, Nəriman Nərimanovlar dünyaya gəlmir. Sizə elə gəlmirmi ki, qaranlıq dünyaya zəkası ilə işıq salan bu şəxsiyyətləri birləşdirən ümumi dəyərlər bu gün yox olmaq üzrədir? İnsanları qəflət yuxusundan oyanmağa çağıran, cahillikdən qurtulmağın yeganə yolunu oxumaqda, təhsildə görən dahi mütəfəkkirlərimiz bu gün üçünmü mücadilə edirdilər?! "Ey mənim müsəlman qardaşlarım”- deyə, hayqıran Cəlil Məmmədquluzadənin satirası bu gün üçün necə də aktualdır: “Əgər məndən gülməli nə isə eşitsəniz... düşünməyin ki, siz Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Kimə güldüyünüzü bilmək istəyirsinizsə, qarşınıza güzgü qoyun və əksinizə diqqətlə baxın".
Daha çox biyabır olmayaq deyə, həyəcan təbili çalmağın vaxtıdır! Bəs, nə etməli, bizi uçuruma aparan gəncliyimizi necə xilas etməli? Əlbəttə ki, buna inzibati qaydada deyil, genişmiqyaslı tədbirlər şəklində nail olmaq olar. İlk olaraq, gənclər arasında milli-mənəvi dəyərlərin aşılanmasına çalışmalıyıq. Çünki son dövrlər məhz gənclər adətlərimizə köhnənin qalığı, geridə qalmışlıq kimi yanaşırlar. Bu səbəbdən də kənar qüvvələrin mənfi təsirlərinə asanlıqla məruz qalır. Bu səbəbdən də getdikcə savadsız, mənəviyyatsız, soy-kökünü bilməyən nəsil yetişir. Milli-mənəvi dəyərlərin, eyni zamanda, mütaliə vərdişinin gənclər arasında aşılanması ilə bağlı kütləvi informasiya vasitələrində mövzular gündəmdə olmalı, televziyalar intellektual verilişlərində milli-mənəvi dəyərlərə xüsusi yer ayırmalıdır. Ən əsası isə tədris müəssisələrində müxtəlif səpgili tədbirlər, layihələr təşkil edilməli, ədəbiyyat dərslərində mütəmadi olaraq inşa müsabiqələri, yarışlar təşkil olunmalıdır.
Nəticə etibarilə onu deyə bilərəm ki, gələcək bizim əlimizdədir, onu məhv olmağa qoymayaq. Oxuyaq, çox oxuyaq! Sabahın qapıları üzümüzə yalnız və yalnız elmin işığı ilə açılacaq.
Afaq MİRAYİQ