Bakıda həbsdə olan Araikin adamı da TUTULDU
    • 22-11-2023, 11:31
    • 385

Bakıda həbsdə olan Araikin adamı da TUTULDU

Bakıda həbsdə olan separatçıların keçmiş “rəhbəri” Araik Arutyunyanın adamı olan təhlükəsizlik və təxliyə məsələləri üzrə nümayəndəsi Vaan Badasyanın dindirilmək üçün Ermənistan İstintaq Komitəsinə çağırılıb.

News24.az “Joxovurd” -a istinadən xəbər verir ki, Vaan Badasyan zorakılığa açıq çağırışlar, zorakılığa ictimai əsaslandırma və ya təbliğat, habelə bu məqsədlə material və ya əşyalar yayma maddələri ilə ittiham edilib. 

Badasyan 44 günlük müharibədə separatçıların “Hadrut batalyonu”nun komandiri olub. Araik Arutyunyanın ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə, Ermənistan hakimiyyəti ölkədə çevriliş planlaşdırıldığını düşünür və Badasyanın da bu planda yer almasından şübhələnir.

Qumral