Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsini açmağa hazırlaşır
    • 6-04-2023, 13:24
    • 439

Ermənistan Türkiyə ilə sərhəddə keçid məntəqəsini açmağa hazırlaşır

Ermənistan hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsini işə salmağa hazırlaşır.

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan məlumat verib.

Badasyan xatırladıb ki, diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin yaxın vaxtlarda açılması ilə bağlı razılıq əldə olunub. /Sputnik Armeniya/