Erməni əsilli şəxslərə baş çəkirik - BQXK
    • 22-11-2023, 13:31
    • 188

Erməni əsilli şəxslərə baş çəkirik - BQXK

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç Azərbaycanda və Ermənistanda saxlanılan şəxslərə başçəkmələrlə bağlı açıqlama verib.

News24.az Trend-ə istinadən xəbər verir ki, o bildirib ki, bu başçəkmələr mütəmadi olaraq həyata keçirilir.

"Komitə əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə, həmçinin, Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir. Sonuncu dəfə saxlanma yerlərinə başçəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub. Başçəkmələr zamanı BQXK əməkdaşları saxlanılan şəxslərin şəraiti, onlarla rəftarla maraqlanırlar", - o qeyd edib.

D.Qoiçin sözlərinə görə, saxlanılanların ailələri ilə əlaqə yaratmaları üçün şərait olub-olmamasına nəzər yetirilir.

O əlavə edib ki, BQXK həm Azərbaycan, həm də Ermənistanla mütəmadi olaraq bu məsələləri müzakirə edir.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.