"Qadınlarımızı dünyaya model kimi təqdim etməliyik” – İranın birinci xanımı
    • 22-11-2023, 14:50
    • 211

"Qadınlarımızı dünyaya model kimi təqdim etməliyik” – İranın birinci xanımı

"Dünya qadınları arasında liderliyi ələ keçirməliyik".

News24.az xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Ələmülhuda deyib.

O, hicab məsələsinə toxunaraq deyib:

“Biz qadınları Allahın istədiyi kimi tərbiyə edib təqdim edə bilmədik. Bunun üçün təfəkkürün əsaslarını yaratmalıyıq. Biz bunu tələbələrə, gələcək nəslə və məktəblərə tətbiq etməliyik”.

İranın birinci xanımı qadın hüquqları ilə bağlı danışıb: “Biz hələ də qadın və ailə sahəsində yazılan və təcəssüm olunan fikirlərdən uzaqlaşa bilməmişik. Üstəlik ölkəmizdə qadınlar üçün mövcud olan yaradıcılıq, təşəbbüskarlıq, yeni təfəkkür və yaxşı potensial üzərində işləyə bilməmişik. Biz qadınlarımızı bütün dünyaya model kimi təqdim etməliyik”.

Aynurə