-
- 22-11-2023, 16:28
- 332
Ekspert "böyük çöküş" barədə xəbərdarlıq etdi: "hər an baş verə bilər"
“Qarşıdan gələn iqtisadi böhran nəticəsində ABŞ-da ÜDM-in səviyyəsi təxminən 30% düşə bilər”.
News24.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Xazin bildirib.
Onun fikrincə, milyonlarla insan heç bir yaşayış vasitəsi olmadan qalacaq.
“ Çünki həyat standartları üçdə bir azalarsa, onların necə sağ qalacaqlarını təsəvvür etmək bu gün həqiqətən də çox çətindir. Aydın olan odur ki, bu, ötən əsrin 20-ci illərinin sonlarında Böyük Depressiyadan sonra Amerika xalqı üçün ən ağır zərbə olacaq”.
Ekspertin sözlərinə görə, maliyyə bazarlarında yeni iqtisadi böhrana təkan verəcək “böyük çöküş” əslində hər an baş verə bilər.
“Bunun üçün bir hadisənin panikaya səbəb olması kifayətdir. Bu, ya pandemiyanın yeni dalğası, ya da böyük bir müharibənin başlanğıcı ola bilər. Lakin belə bir çöküşün mütləq olacağı faktı artıq heç bir şübhə yaratmır. Buna indidən hazırlaşmalısınız”.
Ayşən