-
- 4-04-2019, 17:02
- 937
Prezident Milli Paralimpiya Komitəsinə 500 min manat ayırdı - SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Sərəncam imzalayıb. News24.az-ın məlumatına görə, Sərəncama əsasən Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 (beş yüz min) manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.