Messinin arvadının supermarketinə silahlı BASQIN
    • 23-11-2023, 10:00
    • 199

Messinin arvadının supermarketinə silahlı BASQIN

Argentinanın Rosario şəhərində argentinalı “İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus supermarket qarət edilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hücum supermarketdən banka 22,4 min dollar aparan avtomobilə edilib. İki nəfər ağ rəngli avtomobildən düşərək, Antonellanın əmisi oğlunun və iki supermarket işçisinin olduğu qara rəngli “Chevrolet” markalı avtomobilin şüşələrindən birini sındırıb. Soyğunçular iki kisə pul götürüb qaçmazdan əvvəl avtomobili atəşə tutublar.

Zərərçəkənlərin yüngül xəsarətlər aldığı və şok vəziyyətində olduqları bildirilir.

Qeyd edək ki, 2023-cü ilin martında Messinin supermarketi artıq silahlı hücuma məruz qalıb. Daha sonra hücum edənlər mağaza binasına 14 dəfə atəş açıb və futbolçuya şəxsən ünvanlanmış yazı buraxıblar: “Messi, səni gözləyirik. Yavkin narkotik alverçisidir, səni xilas etməyəcək”.