Ukraynada yeni səfərbərlik QƏRARI
    • 23-11-2023, 12:17
    • 147

Ukraynada yeni səfərbərlik QƏRARI

Ukrayna Ali Radası səfərbərlik haqqında yeni qanun hazırlayır. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia məlumat verib.

Deputatın sözlərinə görə, sənəddə rotasiya və demobilizasiyanın necə həyata keçiriləcəyi, eləcə də hansı yaşda olan şəxslərin Ukrayna Silahlı Qüvvələrinə çağırılacağı barədə məlumatlar əksini tapacaq. 

Fraksiya rəhbəri qeyd edib ki, qanun layihəsi birinci və ikinci qrup əlillərin, əsirlikdən qayıdan şəxslərin və onkoloji xəstələrin xidmətdən tərxis olunması məsələlərini əhatə edəcək.

Sənəd Baş Qərargahın və respublikanın Müdafiə Nazirliyinin iştirakı ilə hazırlanır .

Qumral