Bugünkü yanğında ölən şəxs görün KİMİN QOHUMU İMİŞ
    • 23-11-2023, 15:15
    • 955

Bugünkü yanğında ölən şəxs görün KİMİN QOHUMU İMİŞ

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib.

News24.az bakupost.az-a istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.

Bakupost.az xəbər verir ki, yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qaynıdır.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.