Dünya çempionu minaya DÜŞDÜ - FOTO
    • 23-11-2023, 20:59
    • 742

Dünya çempionu minaya DÜŞDÜ - FOTO

Ukraynanın əməkdar idman ustası, kikboksinq üzrə dəfələrlə dünya çempionu Sergey Lısyuk müharibədə həlak olub.

News24.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, idmançı münaqişə başlayandan könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Onun Donetsk istiqamətində minaya düşdüyü bildirilib.

Həkimlər idmançının ayağını amputasiya ediblər, lakin xəstənin vəziyyəti pisləşib və o vəfat edib.

Aynurə