Dünya çempionu avtomobilində güllələndi
    • 12-01-2023, 10:38
    • 7 860

Dünya çempionu avtomobilində güllələndi

Praktiki atıcılıq üzrə dünya çempionu Xorxe Ballesteros öz avtomobilində güllələnib.

News24.az xəbər verir ki, başından güllə yarası alan 39 yaşlı idmançı Madriddə ticarət mərkəzində yoldan keçənlər tərəfindən tapılıb.

Ballesteros dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ballesteros 2017-ci ildə praktiki atıcılıq üzrə dünya, 3 dəfə Avropa, 17 dəfə İspaniya çempionu olub.

Xorxe polis olaraq çalışıb. /Marca/

Teymur MƏMMƏDOV