Uşaqlar niyə tez-tez xəstələnir?
    • 23-11-2023, 23:50
    • 280

Uşaqlar niyə tez-tez xəstələnir?

Mütəxəssislər uşaqların tez-tez xəstələnməsinin səbəblərini açıqlayıb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, hazırki uşaqların tez-tez zəif bir immunitet sisteminə malikdirlər, bunun nəticəsində onlar daim xəstələnirlər.

Uşağın səhhətinin pis olmasının əsas səbəbi keyfiyyətsiz qidaların alınması və zərərli yemək üsullarından istifadə edilməsidir.

Mütəxəssislər deyirlər ki, işlənmiş qidalar, qızardılmış ətlər, hisə verilmiş balıqlar, şirniyyatlar, soda və fast food yeməklə sağlam olmaq mümkün deyil. Uşağınızın daha sağlam olmasını istəyirsinizsə, o zaman sağlam qidalandırmağa başlayın.

Əsas səbəblərdən biri də ətraf mühitdir. Hər il qlobal ekoloji problem daha da böyüyür. Onun insan sağlamlığına təsirini inkar etmək mümkün deyil. Uşaqlar əlverişsiz ekoloji şəraitə daha həssas reaksiya verirlər.