Bakıda daha bir güclü yanğın başlayıb - YENİLƏNİB - VİDEO
    • 23-11-2023, 21:04
    • 314

Bakıda daha bir güclü yanğın başlayıb - YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən News24.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


-------

20-29

Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.

News24.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.