İran Prezidentinin dostu məşhur repçi - TÜRKİYƏDƏ SAXLANILDI

İran Prezidentinin dostu məşhur repçi - TÜRKİYƏDƏ SAXLANILDI Dünya

Türkiyə polisi bu ölkədə yaşayan iranlı repçi Əmir Məqsudinin (Tatalu) evində axtarış aparıb. Buna səbəb sosial şəbəkədəki hərəminə azyaşlı qızları dəvət etməsilə bağlı paylaşımı olub.

News24.az xəbər verir ki,  axtarış əməliyyatı repçinin yaşadığı evdə yeniyetmə qızlara qarşı cinsi zorakılıq etməsi barədə məlumat və videoların yayılmasından sonra baş verib.

Bu barədə məlumatın yayılmasından sonra iranlı digər sənətçi Səhər Qoreyşi və başqaları Əmir Tatalunun əxlaqsız əməllərini təsdiq edən videolarını paylaşıblar.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəsi ilə yaxın münasibətilə məşhurlaşan repçinin azyaşlı qızlara qarşı cinsi zorakılıqları ilə bağlı hərəkətlərinə görə Türkiyə istisna olmaqla Avropada qırmızı bülletenlə axtarışda olduöu bildirilir.

Nəzrin