Futbolçu ailəsi ilə birlikdə faciəvi şəkildə öldü - HADİSƏ YERİNDƏ GÖRÜNTÜLƏR
    • 24-11-2023, 17:18
    • 704

Futbolçu ailəsi ilə birlikdə faciəvi şəkildə öldü - HADİSƏ YERİNDƏ GÖRÜNTÜLƏR

Futbolçu Volodimir Snidanko həyat yoldaşı və kiçik oğlu ilə birlikdə yol qəzasında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Fakt.pl məlumat yayıb.

Bildirilib ki, avtomobil qəzası ötən gün axşam saatlarında baş verib. Snidanko arvadı Nadiya və yeddi yaşlı oğlu Markı avtomobillə Vroslavdan Klodzka aparıb. Avtomobilin idarəetməsini itirən 37 yaşlı futbolçu yük maşını ilə toqquşub. 

Volodimir, həyat yoldaşı və oğlu yerindəcə dünyasını dəyişib.

Həmin dəhşətli qəzadan görüntüləri təqdim edirik:

Nəzrin