-
- 24-11-2023, 19:30
- 336
"Lotu Hikmət"in qardaşı oğlu yoxa çıxıb: Məmmədqulu hardadır?
Tanınmış mərhum "qanuni oğru" "Lotu Hikmət" ləqəbli Hikmət Muxtarovun qardaşı oğlu Məmmədqulu yoxa çıxıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, Rövşən Lənkəranski qətlə yetirilənədək onun himayəsində olan Məmmədqulu uzun müddət Türkiyədə yaşayırdı. Lənkəranskinin ölümündən sonra onun tərəfdarları Məmmədquluya "qanuni oğru" adı vermək istəsələr də, həm Lotu Qulinin, həm də onun varisi olan qardaşı Namiq Bakinskinin vaxtında buna əngəl törədilir.
İndi məlum olub ki, Məmmədqulu Muxtarov ümumiyyətlə Türkiyədən yoxa çıxıb. Onun Rusiyaya gedişi qadağandır. Azərbaycana isə gəlməyib. O da faktdır ki, Lənkəranskinin bir çox tərəfdarı Dubaya yığışıb, Məmmədqulunun orda olması barədə xəbəri yoxdur. Bir sözlə, onun harda olduğu bilinmir. Bu isə bəzi söz-söhbətə səbəb olur.