Bakıda həbsxanada kütləvi dava
    • 5-04-2019, 11:02
    • 1 935

Bakıda həbsxanada kütləvi dava

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

News24.az "Report"-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov Vüsal Allahverdiyev xəsarət alıblar.

Hadisə ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildirilib ki, hadisə mart ayında baş verib: "Heç bir kütləvi dava olmayıb. Sadəcə, üç nəfər məhkum öz aralarında məişət zəminində dava edib. Hadisə ilə əlaqədar onlar qanunvericiliyin tələblərinə uyğun olaraq daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına salınıb".