Konsert zamanı izdihamda 4 nəfər öldü
    • 26-11-2023, 11:08
    • 610

Konsert zamanı izdihamda 4 nəfər öldü

Hindistanda konsert zamanı izdihamda 4 nəfər ölüb.

News24.az report-a istinadən xəbər verir ki, Hindistanın cənubundakı Kerala ştatında konsert zamanı yaranan izdiham nəticəsində 4 tələbə ölüb, daha 60 nəfər yaralanıb.

Bu barədə NDTV telekanalı ştatın səhiyyə naziri Vin Corcuya istinadən məlumat yayıb.

İzdiham Koçin Elm və Texnologiya Universitetində açıq havada keçirilən konsertdə yaranıb. Tədbirə 2 mindən çox insan toplaşıb.

Hadisə yerində həkimlər və polis əməkdaşları işləyir.