Küveytin keçmiş müdafiə naziri həbs edildi
    • 26-11-2023, 14:14
    • 194

Küveytin keçmiş müdafiə naziri həbs edildi

Küveytin Ali Məhkəməsi keçmiş müdafiə və daxili işlər naziri Xalid əl-Cərrah əs-Sabahı hərbi vəsaitdən sui-istifadə etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edib.

News24.az bildirir ki, bu barədə Reuters məlumat yayıb.

Bundan əlavə, analoji ittihamlarla ittiham olunan keçmiş baş nazir Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha məhkəmə tərəfindən başqa məqsədlər üçün xərclənmiş pulların qaytarılması əmri verilib.

Hər iki təqsirləndirilən şəxs ittihamları rədd edib.

Aynurə