-
- 26-11-2023, 17:39
- 291
Tanınmış azərbaycanlı hücumçu bir də futbol oynaya bilməyəcək? - VİDEO
Azərbaycan yığmasının sabiq hücumçusu Ağabala Ramazanov üçün mövsüm demək olar başa çatıb.
News24.az sportinfo-ya istinadla bildirir ki, ümumiyətlə, həkimlər Premyer Liqanın XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən “Səbail”in kapitanının futbola dönüşünü riskli hesab edir.
Onlar beyin silkələnməsi keçirən forvardın müalicəsinin ən azı 4-5 ay sürməsini lazım bilir.
Həmin vaxtdan sonra o, bir daha müayinə olunacaq. Yalnız bu zaman müəyyənləşəcək ki, yüngül fərdi məşqlərə başlaya bilər, ya yox.
Ağabala Ramazanov “Turan Tovuz”la görüşün (2:1) 45-ci dəqiqəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb.
Tibbi heyətin müdaxiləsindən sonra o, xəstəxanaya çatdırılıb. Bir həftədən artıq müddətdə burada qalıb.
İlk 5 gün ərzində qida qəbul edə bilməyib. Nə yemək istəsə də, geri qaytarıb. Bu müddətdə ona əsasən “sistem” köçürülüb.