"Sabah" "Zirə"yə qalib gəldi, Tovuzda heç-heçə
    • 15-10-2022, 20:14
    • 300

"Sabah" "Zirə"yə qalib gəldi, Tovuzda heç-heçə

Misli Premyer Liqasında 10-cu tur davam edir.

 News24.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə  "Turan Tovuz" "Səbail"i qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə  yekunlaşıb.

Günün digər görüşündə "Zirə" "Sabah"ın qonağı olub. Oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qalibiyyət sayəsində "Sabah" ən az 1 günlük turnir cədvəlində lider olub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

17:30. “Sabah” – “Zirə” - 1:0

Qol: Apeh, 72 (1:0)

Qırmızı vərəqə: Coşqun Diniyev, 85 ("Zirə")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov
“Bank Respublika Arena”

15 oktyabr (şənbə)

15:00. “Turan Tovuz” – “Səbail”  - 2:2

Qollar: Runi Eva, 9-pen (1:0), Mazurek, 12 (1:1), Okebuqvu Henri, 32 (2:1), Ağabala Ramazanov, 54 (2:2)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

16 oktyabr (bazar)

15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu

17:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Azersun Arena”

14 okyabr

“Şamaxı” – “Qəbələ” - 1:1